Qənirə Paşayeva Elnurdan yazdı

Millət vəkili Qənirə Paşayeva Türkiyədə "O Ses Türkiye" mahnı müsabiqəsində iştirak edən sənətçi Elnur Hüseynovla görüşüb. SİA-nın verdiyi xəbərə görə, bu haqda Qənirə xanım sosial şəbəkədə yazıb: "Türkiyədə yaşayan gənc sənətçimiz Elnur və moda dünyasında tanınmış Günay xanımla Bakıda maraqlı söhbət etdik. Elnura "O Ses Türkiye"yarışında iştirakının ilk günündə uğurlar dilədim və geniş söhbət etdik. Ümid edirəm ki, səsi və istedadıyla Türkiyəni özünə heyran edən Elnur öz üzərində daha da çox çalışaraq qardaş Türkiyə ilə bərabər bütün dünyada tanınan sənətçi olacaq. Moda sektorunda tanınmış insanlar olan Gülnarəyə, Günaya və Elnura qarşıdan gələn 2015-ci ildə daha da böyük uğur və xoşbəxtliklər arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə