Yoxa çıxan aparıcı peyda oldu

Xeyli müddətdir efirlərdə görünməyən aparıcı Zaur Nəbioğlu ortaya çıxıb. SİA-ya açıqlama verən Zaur başının qarışıq olduğunu deyib: "İşlərim çox olduğu üçün bəzi reallaşdırmaq istədiyim planlarımı təxirə salmışdım. Son zamanlar "İnstagram","Facebook" sosial şəbəkələrində şerlər və fərqli yazılar paylaşıram. O yazıları görənlər mənə iki sual verirlər: "Zaur, özün yazmısan? Kimə ünvanlıdır?". Xatırladım ki, yazıların 90 faizi sevgiyə aiddir. Nəhayət ki, bu gün suallardan birinə cavab verirəm, bəli bu yazdıqlarım mənə məxsusdur. Kimə ünvanladığımı isə hələ ki, demirəm".

Aparıcı 2015-ci ildə baş tutacaq planlarından danışıb: "2014-cü il yaddaşımda həm xoş, həm də arzuolunmaz anlarla qaldı. Bu il uğurlu çəkilişlər etdim, televiziya aparıcılığıma bir az ara verdim. Ən əsası isə bu il dayı oldum. 2015-ci ildən isə ancaq gözəl günlər gözləyirəm. Onu da deyim ki, Yeni ilin ilk aylarında televiziyaya qayıdacağam. Xüsusilə diqqətinizə çatdırım ki, 31 dekabr Türkiyənin məşhur müğənnisi Gökçe, yanvar ayının 1-də isə bir çoxlarının sevdiyi Gülşənin konsertini mən idarə edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə