Türkiyəli müğənni Sibel Can uzun fasilədən sonra yenidən aktrisalıq edəcək. SİA-nın verdiyi xəbərə görə, yeni ildə "Gold Film"in istehsalı olan serialda baş rolda çəkiləcək. Bir ailə dramından bəhs edəcək ekran işinin ssenarisi üzərində düzəlişlərin davam etdiyini söyləyən S. Can çəkiliş meydançasına qayıdacağı üçün çox həyəcanlı olduğunu bildirib: "Uzun fasilədən sonra ekranlara qayıdıram. Serialın necə olacağı mənim üçün də maraqlıdır".
Qeyd edək ki, sənətçi 2007-ci ildə "Ah İstanbul" serialında aktyor Tarık Akanla birlikdə rol almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB