İfaçı Mila M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Səndən ilham alıram" adlı konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, konsertdə Milanın ifasından başqa F.Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında bəstəkarlarımızın əsərləri səsləndirilib.
Nəzərinizə çatdıraq ki, bədii rəhbər və baş dirijor xalq artisti Ağaverdi Paşayev, baletmeyster xalq artisti Cəmilə Bayramova, xormeyster Fəxrəddin Atayev olub. Konsert orkestrin və ansamblın xorunun ifasında Vasif Allahverdiyevin "Azərbaycan torpağıyam" mahnısı ilə başlanıb. Gecəyə mahnı və rəqs ansamblının qızlardan ibarət rəqs qrupunun təqdim etdiyi Fikrət Əmirovun "Qavalla rəqs"i konsertə xüsusi ovqat qatıb.
Qeyd edək ki, konsertdə xalq artisti Azər Zeynalov və digər sənət ustalarımızın çıxışları tamaşaçılara unudulmaz anlar bəxş edib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB