Aparıcı rinqə çıxdı FOTOLAR

Aparıcı-model Ebru Şallı jurnalların biri üçün maraqlı fotosessiya etdirib. SİA-nın verdiyi xəbərə görə, o jurnal üçün boksçu cildinə grib. Dərgiyə müsahibə verən E. Şallı bildirib: "Boks insanı rahatlaşdırır. Amma pilatesin yeri başqadır. Pilates mənim həm psixoloqum, həm də dərmanımdır".

Ebru sevgilisi, yəni müğənni Sinan Akçılla uşaqları Beren və Parsın münasibətlərinin qaydasında olduğunu da deyib: "Sinanla çox gözəl münasibətimiz var. Uşaqlarla da arası yaxşıdır. Sinanın onlara olan sevgisi və təbii davranışları övladlarıma da təsir edib".

Bütün xəbərlər Facebook səhifəmizdə