Kanadalı müğənni Castin Biberə yeni ilin gəlişi münasibətilə şəxsi təyyarə hədiyyə olunub. Müğənni isə dərhal təyyarənin salonunda selfi çəkərək, onu sosial şəbəkədə paylaşıb. SİA xəbər verir ki, Biber həmin fotosu altında sosial şəbəkədəki dostlarına "Xoşbəxt illər! Bu əsl gözəllikdir" sözünü yazıb.
Xarici mətbuat isə yazır ki, dəridən hazırlanmış krem rəngli oturacaqlar, qızılı döşəkçələr Biberin yeni "oyuncağıdır" və bu təyyarənin salonu beşulduzlu otel otağını xatırladır.
Qeyd edək ki, bu ilin aprel ayında Biber 45 yaşlı reper və prodüsser Birdmandan da bahalı hədiyyə alıb. Həmin vaxt Birdman ona "Bugatti Veyron" avtomobili bağışlayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB