Sevinc Tofiqqızı kliplərini təqdim etdi FOTOLAR

Sevinc Tofiqqızı kliplərini təqdim etdi FOTOLAR

Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü" münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə bəstəkar Sevinc Tofiqqızının Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi "Ulu Öndər xatirələr" və Prezidenti İlham Əliyevin doğum gününə yazdığı "İlhamlı Azərbaycanım" kliplərinin təqdimatı olub.

Təqdimatda bəstəkar Sevinc Tofiqqızı ilə yanaşı Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni və digər ictimai xadimlər iştirak edib.

Daha sonra bəstəkar Sevinc Tofiqqızının bəstələdiyi mahnıları ifa edən müğənnilər Rəşad İlyasov, Aysel Əlizadə, Şəbnəm, Aslan Hüseynov maraqlı konsert proqramı ilə çıxış edərək "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü" münasibəti ilə xalqımızı təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə