Demet Akalın 400 mindən imtina etdi

Türkiyənin tanınmış müğənnisi Demet Akalın ona təklif olunan 400 min lirədən (135 min manata yaxın) imtina edib. SİA Türkiyə saytlarına istinadən xəbər verir ki, ona bu məbləği Azərbaycandan təklif ediblər. Belə ki, müğənni yeni il gecəsində Bakının elit restoranların birində proqramla çıxış etməli idi. Demet Akalın imtinasını belə əsaslandırıb ki, onun azyaşlı qızı təyyarə uçuşlarını çətinliklə keçirir. Bu baxımdan, onun Azərbaycana konsert proqramına qatılması mümkünsüz olub.

Qeyd edək ki, müğənni Azərbaycanla yanaşı, digər bir neçə ölkənin ona təklif edilən yüksək qonorarlarından imtina edib. Demet Akalın İstanbulda qiyməti 200 min lirəyə (67,5 min manata yaxın) hesablanmış konsert proqramı ilə kifayətlənməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə