Türkiyədə yaşayan yerli sənətçimiz Bakıda klipini təqdim etdi

Türkiyədə yaşayan yerli sənətçimiz Bakıda klipini təqdim etdi

Türkiyədə yaşayan, hazırda Bakıda olan yerli müğənnimiz İradə İbrahimova bu gün media nümayəndələri ilə görüşərək yeni "Seneler" adlı klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı jurnalistlərə yenilikləri haqda da danışıb: "4 il fasilədən sonra yenidən yaradıcılıq işlərimə start verdim. Beş mahnı hazırlamışam. Burada Sərdar Ortaç, Şəhrazat kimi məşhurların bəstələri yer alır".

İ. İbrahimova daha bir mahnısını ekranlaşdırdığını bildirib. "Olmamalıydı" adlı mahnıya çəkilən klip yaxın günlərdə işıq üzü görəcək.

"Seneler" ("İllər") adlı mahnıya çəkilən klipin rejissoru Gülşən Aybabadır. İfaçı ekran işində klassik görünüşlü bir evdə keçmiş xatirələrini yada salan xanımı canlandırıb.

Qeyd edək ki, bəstənin sözləri İsra Gülümsərə, musiqisi Henreyə, aranjimanı isə Tolqa Çelikə məxsudur.

Bütün xəbərlər Facebook səhifəmizdə