Aktyor İlqar Musayev arzu etdiyi rollarda çəkildiyinə görə xoşbəxt olduğunu deyib. Bu barədə SİA-ya açıqlama verən aktyor bildirib ki, hansı rolu arzulamışamsa o rolu oynamaq təklifi almışam: "Buna görə çox xoşbəxtəm. Demək olar ki, əksər filmlərdə müsbət obrazlarda yer almışam. Lakin mənfi obrazda da oynamaq istərdim. Düşünürəm ki, bu arzuma da çataram. Onu da deyim ki, 3 yeni serialda baş rolda oynamaq təklifini almışam. Əfsuslar olsun ki, bu dəvətləri dəyərləndirə bilməyəcəm. Çünki "Bir ailəm var" serialına görə müqavilə imzalamışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB