Yeni serial başlayır

Türkiyə kanallarının birində yeni seriala start verilir. SİA-nın verdiyi xəbərə görə, sözügedən serialda böyük xəyalları olan bir qızın heç gözləmədiyi anda həyatının dəyişməsindən bəhs edəcək. "Kara Ekmek" ("Qara çörək") adlı serialın baş rollarında Özlem Yıldız, Altan Erkekli, Engin Hepileri, Ushan Çakır kimi aktyorlar yer alıb. Çəkilişləri İstanbulda aparılan "Kara ekmek"də aktrisa Özlem Yılmaz "Asiye" obrazını canlandıracaq.

Qeyd edək ki, serial yeni ildə yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə