"Şou Production"un təşkilatçılığı ilə mükafatlandırma mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, sözügedən mərasimə şou-biznesin tanınmış simları ilə yanaşı maqazin yazarları və tv kanalların əməkdaşları qatılıb. Belə ki, onlardan xalq artisti Flora Kərimovaya, müğənnilər Natəvan Həbibiyə, Sevinc Ağaşirinovaya, "Cahan" qrupuna, reper Qurda, prodüser Humay Muxtarovaya, aparıcı Vüsalə Əlizadəyə, bəstəkar Sevinc Tofiqqızına, maqazin yazarlarına, tv kanallarının əməkdaşlarına "İlin yaxşısı" mükafatı verilib.
Tədbir zamanı mükafatlandırılan sənətçilər repertuarlarında olan bəstələrini səsləndiriblər.
Qeyd edək ki, mükafat alanlar sırasında "Səs" tv internet televiziyası "İlin yaxşısı" adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB