Xalq artistinin mahnısını oğurladılar FOTOLAR

Xalq artistinin mahnısını oğurladılar FOTOLAR

Hər həftənin bazar günü aparıcı Humay Muxtarovanın təqdimatında yayımlanan "Meqa 10" verilişinin qonağı Ceyla olub. SİA-nın verdiyi xəbərə görə, ifaçı maraqlı fikirlər səsləndirib: "Özünə hörmət edən həmkarlarım mahnılarını keyfiyyətli etməlidir ki, dinlənilsin. Onu da deyim ki, qalmaqal etmək mənlik deyil. Çünki valideynlərim mənə kiməsə cavab qaytarmağı öyrətməyib".

Verilişin "Plagiat" rubrikasının növbəti hədəfi Özbək müğənnisi Sevinc Mömünova olub. O, xalq artisti Zülfiyyə Xanbabayevanın "Sənsiz" mahnısını oğurlayaraq klip çəkdirib.

Nəzərinizə çatdıraq ki, "Meqa 10" verilişi hər həftənin bazar günü saat 22:00-dan, 23:00-dək Dünya TV-də yayımlanır.

"Meqa 10" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə