Türkiyəli müğənni və aktyor Özcan Dəniz yenidən paytaxtımızın qonağı olacaq. Bu haqda SİA-ya Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu xanım məlumat verib: "Özcan Dəniz 2015-ci ilin fevral ayının 19-da rejissorluğunu etdiyi "Sevimli təhlükəli" filminin qala gecəsinə qatılacaq.
Sözügedən film türk tamaşaçılarına fevralın 6-da təqdim olunacaq. Romantik komediya janrında olan filmdə baş rolları Ayça Ayşin və Şükrü Özyıldız oynayıb".
Qeyd edək ki, Özcan bu günə qədər "Ya sonra", "Evim sənsən", "Su və Atəş" filmlərinə rejissorluq edib.
(2).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB