Müğənni Ayan Babakişiyeva yeni klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, ifaçı söz və musiqisi Tural Bayraməliyevə məxsus "Səndən sonra" bəstəsinə ekran işi verdirib. Ceyhun İbrahimoğlu və Vüsal Həsənin rejissorluğu ilə klip şəhərdə və şəhərdən kənarda, eyni zamanda dəniz qırağında çəkilib. Klipdə Ayanın stilisti Səbinə İmanova olub. Geyimləri üzərində isə modelyer Şəlalə Qurbanova çalışıb.
Qeyd edək ki, ekran işi yaxın günlərdə təqdim ediləcək.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB