Müğənni Özcan Dəniz rejissorluq etdiyi "Ya sonra", "Evim sensin", "Su ve Ateş" filmləriylə 4 milyondan çox izləyici yığdıqdan sonra yeni filminin təqdimatına hazırlaşır. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Özcanın dördüncü filmi olan "Sevimli və təhlükəli" fevralın 6-da nümayiş olunacaq. Bu filmin digərlərindən fərqi odur ki, müğənni filmdə aktyor kimi iştirak etmir. Baş rollarda Şükrü Özyıldız və Ayça Ayşin Turan çəkilən film haqqında Özcan Dəniz bunları deyib: "Bu film standart romantik komediya deyil. Yeni ekran işimi bu kateqoriyaya aid etmək istəmədim. Çox zövqlü, coşqulu, amma eyni zamanda ürəklərə toxuna biləcək bir filmdir. Bu tərzdə, bu üslubda başqa film yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB