Hadisə yeni ili Bakıda keçirəcək

Məkanların birində dekabrın 31-də yeni il axşamı möhtəşəm konsert proqramı baş tutacaq. SİA-nın verdiyi xəbərə görə, həmin gecədə Türkiyənin sevilən müğənnisi Hadisə səhnəyə çıxacaq. Daha sonra sözügedən məkanda yanvarın 1-i Röya Ayxan, yanvarın 2-si isə Alişan ən sevilən mahnılarını orkestr müşayiəti ilə canlı ifada təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə