Müğənni Röya Ayxan "Sənə ehtiyacım var" adlı solo konsert verib. SİA-nın verdiyi xəbərə görə, gecənin aparıcısı əməkdar artist Murad Dadaşov olub. Səhnəyə çıxan R.Ayxan bir-birinin ardınca sevilən mahnılarnı səsləndirib. "Sənli günlərim" mahnısını ifa edərkən sənətçi sözlərini iki dəfə unudub.
R.Ayxan mərhum xalq artisti Məhəbbət Kazımovun "Laçınım" mahnısını səsləndirərkən göz yaşlarını saxlaya bilməyib. Gecədə yeni albomuna daxil olan mahnıları ifa edən müğənni "Xəyanət"i də təqdim edib. Yaddaqalan məqamlardan biri də sənətçinin xalq artisti Zülfiyyə Xanbabayevanın "Darıxmışam" mahnısını oxuması olub. Röya konsert zamanı iki dəfə libasını dəyişib.
Qeyd edək ki, müğənni dekabrın 20-də və 21-də də Heydər Əliyev Sarayında konsert verəcək.
(1).jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB