Bacılar İstanbulda bir araya gəldi FOTOLAR

Bacılar İstanbulda bir araya gəldi FOTOLAR

Vizajist Nigar İbrahimova ad gününü İstanbulda bacısı müğənni İradə İbrahimova ilə birgə qeyd edib. SİA-nın verdiyi xəbərə görə, məkanların birində keçirilən gecədə vizajistin həyat yoldaşı Ruslan Sanıyev, yeznəsi Ceyhun İzər və bacısı İradə İbrahimova iştirak ediblər. Mərasimdən fotoları sosial şəbəkədə paylaşan N. İbrahimova "Yeni ad günümü bacımla keçirdiyim üçün çox xoşbəxtəm" sözlərini yazıb.

Qeyd edək ki, Nigar İbrahimova ana olmağa hazırlaşır. Vizajist açıqlamasında həyat yoldaşının ad günü münasibətilə ona brilliant dəst aldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə