Emin Ağalarovun növbəti uğuru

Ötən gün Kiyevdə "YUNA-2015" musiqili mükafatının nominantlarının adları açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, ilk dəfə bu mükafata nominantlar sırasına azərbaycanlı ifaçınn adı da var. Belə ki, müğənni və bəstəkar Emin mükafata ukraynalı müğənni Loboda ilə birgə ifa etdiyi duetə görə layiq görülüb. Sənətçilərin "Səmaya baxırsan" adlı müştərək işi eyni anda iki "Ən yaxşı duet" və "Ən yaxşı videoklip" kateqoriyaları üzrə nominant olub.

Qeyd edək ki, sözügedən klipin rejissoru Lobodanın prodüseri Natella Krapivinadır.

Bütün xəbərlər Facebook səhifəmizdə