Stilist nişanını qaytardı

Deyilənlərə görə, stilist Samiraldo (Samir Əliyev) gizli ailə həyatı qurub.

Məsələ ilə əlaqədar olaraq stilistin özü ilə əlaqə yaratdıq. SİA-ya açıqlama verən Samiraldo toyunun olmayacağını bildirdi: "Xeyli vaxtdır ki, depressiyadayam. Bəzi problemlərə görə, toyum baş tutmayacaq. Eyni zamanda çox fikirləşdim gördüm ki, evlilik həyatı mənim üçün deyil. Onu da deyim ki, evlənmək istədiyim xanım xarici ölkədə yaşayır. Onun bura gəlməsi problemdir. Həm də mən bu dünyaya tək gəlmişəm, hər zaman da özümü tənha hiss edirəm. Ailə qursaydım da, özümü tənha hiss edəcəkdim. Buna görə də nişanı qaytardım".

Bütün xəbərlər Facebook səhifəmizdə