Ötən gün müğənni Xatirə İslam verilişlərin birində aparıcının ona "Həmkarınız Rüfət Axundovla eşq yaşayırsınız" sualına əsəbləşib studiyanı tərk etmişdi. SİA-nın verdiyi xəbərə görə, sənətçi sözügedən məsələ ilə əlaqədar olaraq sosial şəbəkədə bunları yazıb: "Verilişlərin birində mənimlə Rüfətin eşq yaşamağı haqda sual verildi və mən də küsüb getdim. Çünki mən elə bir zirvədəyəm ki, hər çağrılan yerə getməməliyəm. O verilişə getməyə etiraz edirdim. Çünki orada hər zaman qalmaqal olur. Qalmaqal artıq camaata keçmir, yeni bir şey fikirləşin. Xalq hamını tanıyır. Bakı balaca şəhərdir. İndi mən də sandığı açıb, deyim ki, kimin arvadı harada nə edir? Hansı aparıcı kiminlə sevişir? Rüfət mənim qardaşımdır, məni tanıyan bilir. Görün o biri verilişlər nə hazırlayır. Siz də bir az onların etdiklərindən bəhrələnin. Sizə də baxsınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB