Müğənni və teleaparıcı Vüsalə Rəcova ilin sonu yeni mahnısını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, Vüsalənin sözügedən bəstəsinin sözləri və musiqisi müğənni-bəstəkar Nazim Məmmədovundur. Mahnı "Məni məndən alma" adlanır. Mahnının girişində və sonuna doğru öz ifasına yer ayıran N. Məmmədov iki səsin mahnıda tandem yaratdığı qənaətindədir.
Qeyd edək ki, bu dəfə repertuarını ritmik bəstə üzərində quran sənətçi yeni təqvimdə repertuarını bir sıra mahnılarla təzələyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB