Türkiyəli müğənni Hülya Avşar verilişlərin birində keçmiş həyat yoldaşı, iş adamı Qaya Çilingiroğlu ilə üz-üzə gəlib. SİA-nın verdiyi xəbərə görə, veriliş zamanı maraqlı anlar yaşanıb. Belə ki, sənətçinin ünvanladığı suallar Q.Çilingiroğlunu pis vəziyyətdə qoyub.
H.Avşar keçmiş ərinə "Məni niyə aldatdın" sualını verib. Qaya bəy isə verilən sualın qarşısında özünü itirərək belə deyib: "Qızımız Zəhra anadan olandan sonra həyatını ona həsr elədin. Məni yaddan çıxartdın. Hər gün harasa gedəndə səni çağırırdım, gəlmirdin".
İfaçının "İndi sevgilin var" sözlərinə iş adamı belə münasibət bildirib:
"Yoxdur, təzə boşanmışam".
Bu zaman Hülyanın "Amma biz hələ ayrılmamışdıq, sən özünə sevgili tapmışdın" sözlərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB