Xalq artisti Zülfiyyə Xanbabayeva, Briliant Dadaşova və əməkdar artist Natiq Şirinov bir araya gələcəklər. SİA-nın verdiyi xəbərə görə, məşhurlar Gəncədə konsert proqramı ilə çıxış edəcəklər. Dekabrın 22-də baş tutacaq gecədə türkiyəli ifaçı Fərhad Göçər də yerli ulduzlarla eyni səhnəni bölüşəcək.
Qeyd edək ki, konsert Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək. Konsert İcra Hakimiyyətinin binası qarşısında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB