Müğənni Əlikram Bayramov xarici ölkələrdə klip çəkdirən sənətçi dostlarını kəskin şəkildə tənqid edib. SİA-ya açıqlama verən ifaçı onlara ismarıc göndərməyi də unutmayıb: "Klip çəkdirmək üçün Azərbaycanımın o qədər gözəl məkanları var ki, xaricə getməyimizə ehtiyac yoxdur. Sadəcə olaraq o yerləri gəzib, axtarmaq lazımdır. Əgər Bakımız pis olsa, Türkiyənin baxılan serialları, klipləri burda lentə alınmaz. Amma bəzi həmkarlarım klip çəkdirmək üçün əcnəbi ifaçıların bəyənmədikləri vətənlərində ekran işi lentə aldırırlar. Düşünürəm ki, onlar bunu nəyinsə xatirinə edir. Sənətçilər bu hərəkətləri ilə insanları özlərinə cəlb edirlər. Onu da deyim ki, mənim bu sözlərim sənət dostlarımı qıcıqlandıra bilər. Amma mən onlara ismarıc göndərmək istəyirəm ki, lovğa olmasınlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB