Madonnanın oğlu anasına görə utanır

Madonnanın oğlu anasına görə utanır

Pop-səhnənin 56 yaşlı ulduzu Madonna öz fanatlarını lüt fotosessiyaları ilə təəcübləndirməyi sevir. Lakin hər insana bu kimi səmimilik xoş təsir bağışlamır. SİA-nın məlumatına görə, pop ulduzunun Gay Riçi ilə nigahdan olan oğlu Rokko mətbuata açıqlamasında anasının lüt fotosessiyalarını məqbul hesab etmədiyini deyib. O, bu şəkillərin onu sıxdığını və bu cür fotosessiyaları görməyi tərcih etmədiyini bildirib.

Lakin Madonnanın qızı Lurdes qadaşı Rokko kimi firkiləşmir.

"Lola anasının soyunmuş, açıq-saçıq şəklillərindən həzz alır. O, anasının öz qızının paltarlarını əşyalarını istifadə etməsindən məmnundur. Müvafiq vəziyyətdə Lurdes anasının timsalında feminizm qələbəsini görür. Bundan əlavə, Madonnanın qızı arzu edir ki, onun anası ancaq onun özünə deyil, təhsil aldığı kollecinin qız tələbələrinə də təsir etsin. O istəyir ki, Madonna hətta kollecə gələrək, "qadınlar pop-mədəniyyətdə" mövzusunda məruzə etsin" -deyə, ailəyə yaxın mənbə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə