Müğənni Aysel Əlizadənin bahalı avtomobili yararsız hala düşüb. Bu haqda SİA-ya ifaçının özü danışıb: "Eyni tərəfdən hərəkət edən avtomobil yol hərəkəti qaydasını pozaraq mənim maşınımı və digər yaxınlıqdakı avtomobili vurdu. Ciddi xəsarət almasam da, qolumdan yüngül yaralanmışam. Həkim müayinəsinə ehtiyacım yoxdur. Amma bir ay maşınsız qalacam. Avtomobilim elə vəziyyətdədir ki, 1 ay təmir üçün saxlanılacaq. Onu da deyim ki, hadisəni törədən şəxs mənə dəyən ziyanı ödəyəcək".
Qeyd edək ki, müğənninin idarə etdiyi "Porche gts" markalı avtomobilin qiyməti 130 min manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB