Jurnalistlər bu dəfə Əlikramı qınamadı

Jurnalistlər bu dəfə Əlikramı qınamadı

Bu gün müğənni Əlikram Bayramov media mənsubları ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, ifaçı jurnalistlərə "Durna qatarı" adlı yeni klipini təqdim edib.

Ekran işi haqqında danışan səbəbkar klipin 3 günə lentə alındığını söyləyib: " "Durna qatarı" adlı ekran işini Qəbələdə 3 gün lentə aldıq. Maraqlı klip ərsəyə gətirdik. Ekran işini Natiq Novruzov çəkib. Klipimə görə 4 min manat xərcləmişəm. Onu da deyim ki, bu ekran işimlə toy müğənnisi olmadığımın möhürünü vurdum".

Nəzərinizə çatdıraq ki, "Durna qatarı" mahnısının sözləri Bəxtiyar Vahbzadənin, musiqisi Emin Sabitoğlunundur.

Qeyd edək ki, hər dəfə jurnalistlər tərəfindən qınaq obyektinə çevrilən müğənni bu dəfə ki, klipi ilə media mənsublarının rəğbətini qazandı.

Bütün xəbərlər Facebook səhifəmizdə