Ayrılan cütlüyün evləri satılır

Ayrılan cütlüyün evləri satılır

Tanınmış cütlük azərbaycanlı model Günay Musayeva və aktyor Tolqa Karel birlikdə yaşadıqları evi satışa çıxarıblar. SİA-nın verdiyi xəbərə görə, Karelin 1 milyon 240 min lirə qiymət qoyduğu mənzili xeyli müddətdir ki, satılmır. Bəylərbəyindəki 225 kvadratmetrlik evə bir müştəri belə çıxmayıb. İkinci dəfə boşanma qərarı alan Karel valideynlərinin yanına köçüb. Günay Musayeva isə oğlu Cahangir Canla birlikdə Maslakda yaşamağa başlayıb.

Qeyd edək ki, 3 ildir azərbaycanlı modellə evli olan aktyor birlikdə yaşadıqları evlərini ilk dəfə boşanma qərarı verəndən sonra da satışa çıxarmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə