Emil Bədəlov yenilik etdi

Müğənni Emil Bədəlov yaradıcılığından söz açıb. SİA-ya açıqlama verən ifaçı yeni mahnısının işıq üzü gördüyünü söyləyib: "Fasilə vermədən çalışıram. Növbəti bəstəmi repertuarıma daxil etdim. Belə ki, musiqisi Nazim Məmmədov, sözləri Günel Əsgərovaya məxsus "Sənli məqamlar" bəstəsini ərsəyə gətirdim. Düşünürəm ki, yeni mahnım dinləyicilərim tərəfindən bəyəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə