Robert de Niro Emini təbrik etdi

Müğənni Emin Ağalarov ötən gün 35 yaşını qeyd edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı ad gününü qeyd etmək üçün iki yubiley konserti verib. İkinci konsert gecəsindən sonra Emin ad gününü tanınmış dostları ilə bir yerdə restoranda davam etdirib. Gecənin ən maraqlı sürprizlərindən biri təkcə Rusiya şou-biznesinin deyil, dünya ulduzlarının da iştirak etdiyi təbrik videoçarxı olub. Belə ki, Emini videoçar vasitəsilə "Miss Universe-2014", biznesmen Donald Tramp, aktyor Robert de Niro və başqaları təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə