Nizami Kino Mərkəzində media nümayəndələri üçün Türkiyənin məşhur "Olur olur" filminin qapalı nümayişi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, dekabrın 20-də baş tutacaq gecəyə ekran işində baş rolda çəkilən aktyor Alper Kul da gələcək. Film saat 18:00-da başlayacaq.
Qeyd edək ki, komediya janrında lentə alınmış "Olur olur" filminin rejissoru Kərəm Çakıroğlu, ssenaristi Alper Kuldur. Ekran işində Aytən Uncuoğlu, Mehmet Özgür, Aylin Kontente, Şinasi Yurdsevər və başqaları çəkiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB