Bəstəkar Ulu Öndərə mahnı həsr etdi

Bəstəkar Ulu Öndərə mahnı həsr etdi

Bəstəkar və şair Tural Bayraməliyev Ulu Öndər Heydər Əliyevin anım gününə aid söz və musiqisi özünə məxsus olan yeni kompozisiya yazıb. SİA-nın verdiyi xəbərə görə, "Ulu Öndər" adlanan mahnı Türkiyədə peşəkar musiqiçi heyəti tərəfindən aranjiman olunub. Əməkdar artist Almaz Ələsgərlinin ifasında lentə yazılan nəğmə klassik notlara köklənib. Skripka və müxtəlif alətlərin müşayiəti ilə hazırlanan klipin rejissoru Natiq Novruzovdur.

Qeyd edək ki, buna qədər Tural Bayraməliyev Ulu Öndər haqqında "Xalqımızın qəlbindəsən", "Ölməz prezident" kimi bəstələr yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə