Hollivudun 40 yaşlı subayı Leonardo Di Kaprio yenicə Toni Garrn adlı modellə evlənməyə hazırlaşdığı bir zamanda onun bu izdivacı da yarı yolda qaldı. SİA-nın xarici mətbuatdan əldə etdiyi xəbərə görə, Leonardo ilə 22 yaşlı Toninin ayrılmasına səbəb ikincinin birincini qısqanması amili olub.
Qeyd edək ki, Hollivud ulduzu modellə il yarım idi ki, görüşürdü. Di Kaprionun yaxın ətrafı isə daha ilginc məlumat yayıblar. Onların dediklərinə görə, Leonardo öz köhnə şakərindən əl çəkə bilməyərək, gecələrin birində Mayami klub-barında nə az, nə çox düz 20 modellə birgə əylənibmiş. Nəticədə Toni Garrn onun bu kimi diqqətsizliklərindən bezdiyini deyərək, ondan ayrılmağı ən məqsədəuyğun seçim kimi qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB