Təranə: “Suel anamı özünə ana bilir”

Təranə: “Suel anamı özünə ana bilir”

Prodüser-teleaparıcı Təranə Səmədova qızı Sueldən söz açıb. SİA-ya açıqlama verən Təranə teleaparıcı olduğuna görə, qızına vaxt ayıra bilmədiyini də dilə gətirib: "Aparıcı olmaq çətindir. Eyni zamanda da məsuliyyətlidir. Ona görə şəxsi həyatıma vaxt ayıra bilmirəm. Aparıcılıq etmədən öncə qızım Suelnən zaman keçirirdim. İndi isə Suelnən bir o qədər də maraqla bilmirəm. Bəzən elə olur ki, işlərimin çoxluğundan qızımı görmək mənə nəsib olmur. Suelimin tərbiyəsi ilə anam məşğul olur. Ona görə də hər zaman deyirəm ki, Allah mənim ömrümü qısaldıb, anama versin. Çünki Suel anamı özünə ana bilir".

Bütün xəbərlər Facebook səhifəmizdə