"Popstar" yarışmasından tanınan Bayhan Gürhan narkotik ticarəti cinayətindən 6 il 3 ay həbs məhkum olunmuş Dəniz Səkini ziyarət edib. SİA-nın verdiyi xəbərə görə, həbs olunan müğənni Bayhanı görmək istəməyib. Bayhan Dənizin bu rədd cavabına baxmayaraq, səhnəyə çıxdığı gecə klubunun divarlarına ona dəstək xarakterli - "Dəniz Səkiyə azadlıq" sözlərini yazıb.
Qeyd edək ki, Bayhan Gürhan "Popstar" yarışmasında iştirak edən zaman keçmişdə həbs həyatı yaşadığı üçün münsif kürsüsündə əyləşən Dəniz Səki tərəfindən tənqid olunmuşdu. Hətta sənətçi belə bir iştirakçının olduğu yarışmada qala bilməyəcəyini deyərək, studiyanı tərk etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB