Müğənni Röya Ayxan sevənlərinə müraciət edib. SİA-nın verdiyi xəbərə görə, o, video vasitəsi ilə fikirlərini dinləyiciləri ilə bölüşüb: "Dekabrın 19-u və 20-si Heydər Əliyev Sarayında görüşəcəyik. Başda musiqiçi Emin Kəriminin iştirakı olmaqla, gözəl konsert proqramı hazırlayırıq. Əsəbləriniz yerində deyilsə, bir az probleminiz varsa, gəlin birlikdə çözək. Mən sakit mahnılar oxuyum, siz də düşünün. Bir anlıq hər şeydən ayrılaq. Bütün musiqisevərləri orada gözləyirəm. Sizi çox sevirəm".
Qeyd edək ki, R. Ayxan "Sənə ehtiyacım var" adlı konsert proqramı ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB