Emil Bədəlov nəyi bəyənmədi?

Müğənni Emil Bədəlov növbəti bacarığından söz açıb. SİA-ya açıqlama verən ifaçı kinoya çəkilmək istədiyini desə də, ssenariləri bəyənmədiyini söyləyib: "Bildiyiniz kimi, bir müddət öncə "Mən evə qayıdıram" filmində oynamışam. Yenidən bir çox rejissorlar tərəfindən kinoya çəkilmək üçün təkliflər alıram. Ancaq hələ ki, xoşuma gələn ssenari yoxdur. Bəyəndiyim ssenari olsa, yumoristik obrazda rol ala bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə