"O səs Türkiyə" yarışmasına illər öncə "Yeni Ulduz" müsabiqəsinin iştirakçısı olmuş Yasser Ehsan qatılıb. SİA-nın verdiyi xəbərə görə, əslən Təbrizli olan iştirakçı "Delilah" (Tom Cons) mahnısını ifa edib və bütün münsifləri özünə tərəf döndərə bilib. Həmyerlimiz sonda Gökhan Özoğuzu seçərək, onun komandasında yarışmağa qərar verib.
Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə yayımlanan verilişin münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB