Bəstəkar 60 illiyini qeyd etdi

Heydər Əliyev Sarayında bəstəkar İmruzə Hüseynovanın 60 illik yubileyi münasibətilə konsert keçirilib. SİA-nın verdiyi xəbərə görə, "Darıxmışam sənin üçün" adlı gecədə məşhurlar repertuarlarında olan bəstələri səsləndiriblər. Gecəni idarə etmək Murad Dadaşov və İlahə Şıxlinskayə həvalə olunub. Gecədə İmruzə Hüseynovanın bəstələdiyi instrumental əsərlər və rəqs nömrələri nümayiş olunub.

Qeyd edək ki, konsert maraqlı anlarla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə