“Xoxan” bəyənilmədi FOTOLAR - VİDEO

“Xoxan” bəyənilmədi FOTOLAR - VİDEO

Nizami Kino Mərkəzində "Xoxan" adlı yumoristik filminin qala gecəsi baş tutub. SİA-nın verdiyi xəbərə görə, sözügedən kinonu baş rollarda Fərda Xudaverdiyev, Elməddin Cəfərov, Nigar İbrahimova, Ələsgər Məmmədoğlu, Şəhriyar Əbilov, Aynur Hüseyn canlandırıb. Filmi Samir Kərimoğlu lentə alıb.

Onları xoş günündə şou-biznesin tanınmış simaları da tək qoymayıb. Belə ki, onlardan, Emil Bədəlov, Nazim Məmmədov, Qurd, Elçin Məmmədli, İlkin Həsəni, Azər Baxşəliyev, Nicat Rəhimov, Elşən Orucov, Ramil Babayev, Natəvan Həbibi, Oksana Rəsulova, İlhamə Qasımova, Aqşin Fateh, Elşən Xəzər, Vasif Məhərrəmli, Namiq Qaraçuxurlu və başqaları təşrif buyurub.

Film tamaşaçılara təqdim edildikdən sonra aktyorlar mətbuat konfransı keçiriblər. Kino media nümayəndələri tərəfindən qınaq obyektinə çevrilib. Konfrans jurnalistlərin sualları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə