Müşviq Şahverdiyev: “Yeni filmlər çəkməklə xarici kinolara meydan oxuya bilərik”

Müşviq Şahverdiyev: “Yeni filmlər çəkməklə xarici kinolara meydan oxuya bilərik”

Aktyor Müşviq Şahverdiyev yumoristik filmlərə kifayət qədər vəsait ayrılmadığını dilə gətirib. SİA-ya açıqlama verən aktyor maraqlı etiraflar edib: "Azərbaycanda yetərincə bacarıqlı aktyorlar var. Sadəcə olaraq maddi dəstək olmaq lazımdır. Əgər aktyorlar maddi baxımdan təmin olunsa, çox yaxşı iş ərsəyə gələ bilər. Ona görə də düşünürəm ki, yeni filmlər çəkməklə xarici kinolara meydan oxuya bilərik. Eyni zamanda kinoteatrların qarşısında yerləşdirilən xarici kinoların afişalarının yerinə yerli filmlərimizin reklamı ola bilər. Odur ki, gəlin bir-birimizə dəstək olaraq layiqli iş ortaya çıxarıb, tamaşaçıları sevindirək".

Bütün xəbərlər Facebook səhifəmizdə