Xalq artisti tələbəsi ilə tələbələrə konsert verdi FOTOLAR

Xalq artisti tələbəsi ilə tələbələrə konsert verdi FOTOLAR

Xalq artisti Mənsum İbrahimov və tələbəsi Vüsalə Rəcova Türkiyənin Orta Doğu Texnik Universitetində "Azərbaycan xalq musiqisi" adlı konsert proqramı ilə çıxış ediblər. Bu haqda SİA-ya Vüsalə danışıb: "Mənsum müəllim konsertdə birgə çıxış etmək üçün tələbələrindən məni məsləhət gördü. Çıxışlarımız ayrı-ayrılıqda və duet şəklində oldu. "Sarı gəlin" və "Heydər Babaya salam"-ı birlikdə səsləndirdik. Zalda hər çıxışımız alqışlarla qarşılandı. Üç dəfə səhnəyə çıxdım. Hər dəfə xalq, bəstəkar mahnıları və muğam parçaları səsləndirdim. Mənsum müəllim və dəyərli musiqiçilərlə eyni səhnəni bölüşmək mənim üçün fəxrdir. Bu cür çıxışlarımız davamlı olacaq".

Qeyd edək ki, tədbirin sonunda musiqiçilərə fəxri diplomlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə