Aktyor daha bir serialda rol alacaq

Türkiyəli aktyor Kadir Doğulu yeni seriala çəkilir. SİA-nın verdiyi xəbərə görə, "Fatih Harbiye" serialının final günü dəqiqləşdikdən sonra, aktyor dərhal yeni seriala çəkilməyə qərar verib. Aktyor "Alabora" adlanan serialda baş rolu aktrisa Elçin Sanguyla paylaşacaq. Serial yanvar ayında yayımlanacaq.

Qeyd edək ki, Kadir Doğulunun hazırda çəkildiyi "Fatih Harbiye" serialı dekabrın 10-da 50-ci seriyası ilə tamaşaçılarla vidalaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə