"My name is İntiqam" filmindən sonra yenidən kinoya çəkilmək istəyən dj Çina maraqlı fikirlər səsləndirib. SİA-ya açıqlama verən dj arzusundan da söz açıb: "Dj olaraq hər zaman bir nömrə olmağa çalışmışam və ilk dəfə dj-lər haqqında kinoya çəkildim. Onu da deyim ki, aktyorluq etmək çox çətin peşədir. Amma düşünürəm "My name is İntiqam" filmində aktyorluq etməyi bacarmışam və ən əsası isə tamaşaçılarım məni kinodan sonra daha da sevirlər. Əgər bundan sonra digər filmlərə məni dəvət etsələr, qəbul edərəm. Çünki kinoda çəkilmək arzum olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB