Sevda Sanəliyeva: “Hamilə qadın haqqında belə sözlər çıxarmaq düzgün deyil”

Sevda Sanəliyeva: “Hamilə qadın haqqında belə sözlər çıxarmaq düzgün deyil”

Müğənni-rəqqasə Sevda Sanəliyevanın ölüm xəbəri yayılıb. SİA-nın verdiyi xəbərə görə, məsələ ilə bağlı açıqlama verən S. Sanəliyeva xəbərlərin yalan olduğunu deyib: "Mən ikicanlıyam. Haqqımda belə şərhlər, şayiələr çıxarırlar. Bu, insanlıq deyil. Hamilə bir qadın haqqında belə sözlər çıxarmaq düzgün deyil. Bu xəbərləri pis adamlar yayırlar. Haqqımda xoş şey arzulayanlara xoş, pis arzulayanlara isə pis şeylər diləyirəm. Hazırda çox yaxşıyam. Səhhətimdə heç bir problem yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə