Müğənni həbsxanadakı həyatından danışdı

Müğənni həbsxanadakı həyatından danışdı

CHP rəhbərinin köməkçisi Vəli Ağbaba ötən gün müğənni Dəniz Səkini həbsxanada ziyarət edib. SİA-nın verdiyi xəbərə görə, D.Səki V.Ağbaba ilə dərdləşərək maraqlı fikirlər söyləyib: "Qadın hər yerdə qadındır. Məsələn, burada ətir istifadəsi qadağandır, amma biz yuyucu tozundan otaq üçün ətir hazırlayırıq.Yeməklər ümumiyyətlə yaxşıdır, amma çox yağlı olur. Bəzən yuyaraq yeyirik".

Müğənni həbsxanada onu qəlbən sarsıdan yeganə şeyin orada böyüyən uşaqlar olduğunu deyib:"Məni incidən yeganə şey burada çoxlu uşağın böyüməsidir. Çöllə heç bir əlaqələri yoxdur. Göyün üzündə uçan təyyarəni quş bilirlər. Həbsxana torpaqsız bir yerdir. Burada insan adamlığını unudur. Hər yer buz kimidir".

Qeyd edək ki, Dəniz Səki narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə