Hande Yener Yeni ili Bakıda qeyd edəcək

Hande Yener Yeni ili Bakıda qeyd edəcək

Türkiyəli müğənni Hande Yenər Yeni ili Bakıda keçirəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunun qarşılığında 300 min lirə (təxminən 105 min manat) alacaq. Hande Yenərin Bakıdakı çıxışı məkanların birində gerçəkləşəcək.

Qeyd edək ki, həmin gün səhnəyə türkiyəli ifaçı ilə yanaşı, rusiyalı qrup "VİA Qra" da çıxacaq. Gecənin digər qonaqları isə, aparıcı Afaq Gəncəli, "Bozbash pictures"in aktyorları - İlkin Həsəni, Nicat Rəhimov və Ramil Babayev olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə