Layihələrin birində münsiflər kürsüsündə əyləşən prodüser Tolikin verilişdə iştirak edən müğənnilərə efirə yaraşmayan sözlər işlətməsi tamaşaçılar tərəfindən yaxşı qarşılanmayıb. Belə ki, onlar Toliki qınayıblar.
Məsələ ilə əlaqədar olaraq dəfələrlə bir çox layihələrdə juri olan, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun mövqeyini öyrəndik. SİA-ya açıqlama verən şair Tolik haqqında maraqlı fikirlər səsləndirib: "Tolik dəyərli münsifdir. Bəzi sənətçilərə hansı sözü demək lazım olduğunu çox yaxşı bilir. Onun sözlərini qəribçiliyə salmaq lazım deyil. Düşünürəm ki, tamaşaçılar Toliki bu hərəkətinə görə qınamamalıdır. Onu da deyim ki, Tolik prodüserlik sahəsində nömrə birdir".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB